XƏBƏRLƏR / Münaqişə

Füzuli atəşə tutuldu

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Füzuli atəşə tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.