"Gücümüz bizi sərxoş edib, Dəməşqə hücum səhv idi"
Bunu İsrail müxalifətinin lideri Yair Lapid Baş nazir Natanyahunu tənqid edərək bəyan edib

İsrail müxalifətinin lideri Yair Lapid baş naazir Natanyahunu Dəməşqi bombaladığına görə kəskin tənqid edib.
Lapid deyib:
- Dəməşqə hücum səhv idi.
- Hiss olunur ki, gücümüz bizi sərxoş edib, aydın strategiya olmadan bütün Yaxın Şərqdə hədəfləri vururuq.
- Ölkəni bu hakimiyyətdən xilas etmək üçün seçkilərə getməliyik.