XƏBƏRLƏR / Kriminal

Füzulidə yanğın törədən şəxs saxlanılıb

DİN xəbər verir

Füzulidə yanğın törədən şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, yanğını 33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub. Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.

    Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.