Göyçayda zəlzələ olub YENİLƏNİB
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib

13:12
Göyçayda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
Bu barədə FHN-in İctimaiyyətlə əlaqə idarəsindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 09.08.2025-ci il tarixində yerli vaxtla saat 11:03-də İsmayıllı stansiyasından 35 kilometr cənub-qərbdə - Göyçay rayonu ərazisində 4 maqnituda zəlzələ qeydə alınıb.
***
11:23
İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:03-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.