XƏBƏRLƏR / Sağlamlıq

Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10 şagird xəstəxanada

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır YENİLƏNİB

Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10 şagird xəstəxanada
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:10

    Fevralın 16-da saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 oğlan, 3 qız) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə Göygöl Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    "Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir. .

    ***

    09:20

    Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

    Hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.

    Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib.

    Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım göstərilib.

    İlkin iddialara görə, şagirdlər məktəbdə yedikləri qidadan zəhərləniblər.

    Məktəbdən verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.