BLOQ

Güllə və güllərlə dolu həyat...

Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunur

Güllə və güllərlə dolu həyat...
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Əsgərinin cəsarəti – Zəfər zirvəsinə dırmaşan nərdivandır və bütün digər fəzilətlər onun pilləkənləridir. Bu cümlə müharibəni uzaqdan – televizorun, telefonun və ya planşetin ekranından izləyənlər, qəhrəmanlığı ən çox sözlə təsvir edənlər üçün yazılıb. 

    Müharibənin içindən keçənlər isə bilirlər ki, qəhrəmanlar çox vaxt səssiz və səbirsiz olurlar. Onları digərlərindən fərqləndirən yalnız bir şey var: onların cəsarəti başqalarından cəmi on dəqiqə uzun çəkir. 

    Savaşda cəsarətli qəhrəmanları tapmaq çətindir. Çünki onlar qapısında adı yazılan isti kabinetlərdə yox, düşmən hücumunu gözləyən, səngərin soyuğunda, güllələrlə dolu nəfəsdə, son patronun yanında, döyüş yoldaşının yarası ilə ölümün arasında olurlar. 

    Əsgər olmaq təkcə sağ çiynində silah gəzdirmək deyil. Eyni zamanda Vətənin taleyini sol çiynində daşımaq bacarığıdır. 

    Bu yazını bitirərkən onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən "VMF" Saat Fabriki Ordumuzun gününə öz təşəkkürünü sözlə deyil, əməli ilə göstərmək qərarına gəlib. Məhz buna görə bizim istehsalat komandamız "VMF Rover" brendi altında əsgər və zabitlərimiz üçün hazırlanmış "Komandir" saatını təqdim edir. Bu təşəkkürün kiçik bir ifadəsi olaraq, ayın sonunadək hərbi bileti olan hər bir Azərbaycan vətəndaşına bütün "VMF" aaat dükanlarında həmin saat 50% güzəştlə təqdim ediləcək. 

    Bu, sadəcə bir güzəşt deyil. Bu, bizim Vətənə xidmət etmiş insanlara göstərdiyimiz hörmətin kiçik bir nişanəsidir.

    Ordumuzun günü münasibətilə Azərbaycan Əsgərini, Zabitini, Gizirini, Veteranını və Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla salamlayıram. 

    Hər birinizin əlini sıxıram!

    Allah Sizi qorusun!

    Allah Azərbaycanımızı qorusun!