BLOQ

Avropada Quranın yandırılması nədən irəli gəlir?

Elə isə niyə müsəlmanlara sığınacaq verirlər? Məscidlər tikilir və sair?

Avropada Quranın yandırılması nədən irəli gəlir?
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Avropa və digər ölkələrdə Quranın yandırılması nədən irəli gəlir?

    1. Bəzi müsəlmanlar özlərini inandırmağa çalışırlar ki, bu, müsəlmanların Avropada artmasından nigaran olduqlarından irəli gəlir.  Elə isə niyə müsəlmanlara sığınacaq verirlər? Məscidlər tikilir və sair? Deməli, səbəb bu deyil.
     
    2. Müsəlmanlarda qıcıq yaratmaq üçün? 

    Bu da ciddi arqument deyil. Əvvəla ona görə ki, onlar bilirlər ki, heç bir müsəlman buna cavab olaraq İncili yandırmayacaq. Həm də bilirlər ki, müsəlman o zaman real təhlükə ola bilər ki, Qurana əməl etsin. Yəni, düşünməyə başlasın. Bax, elə buna görə də Avropada məscidlər tikilir, amma müsəlman elmi -araşdırma mərkəzi tikilmir. Onlar görürlər ki, ərəblər mənasız layihələrə milyardlar yatırır (həm də Avropanın sayəsində), amma elmə yox. Onlar çox gözəl bilirlər ki, dünyada çap olan kitabların 5% Səudiyyənin payına düşür, amma hansı kitabların? Saxta tarix, hədis, və şəriət kitablarının. Buna görə də bu səbəb deyil.

    3. Dinsizlikmi? 

    Bu gün Avropada kilsədə intim səhnələr yer alan filmlər çəkilir. Hətta çarmıxa çəkilən İsa məsihlə intim əlaqədə olan filmləri də var. Amma nə kilsə, nə Roma papası, nə xristian icmaları, nə də adi vətəndaş buna etiraz edir. Niyə? Çünki onlar çox gözəl bilirlər ki, sahib olduqlarının həqiqi dinlə heç bir əlaqəsi yoxdur. Nə üçün bir avropalı Quranı yandırır, amma Tövratı yox? Çünki Tövratın da əksər hissəsinin nağıl olduğunu bilir. Tövrat bu vaxta qədər düşünən beyin tərbiyə edə bilməyib. Onun tərbiyə etdiyi ayin və dualar əzbərləyən radikal bir hahamdır (yəhudi din alimi)!

     Amma Quranın ilk əmri "Oxu!" dur. Yəni düşün!

    Nəticə....

    Avropanı nigaran edən din deyil. Düşünən beyindir! 

    Ona görə də nəfsin saflaşması elmdən öndə gəlir... (yuzəkkihim və yuəllimuhumul kitab - onları mənən saflaşdır və kitabı öyrət!). Gecənin bir yarısı Peyğəmbəri oyadıb ona iç dünyası ilə məşğul olmağa əmr edən Müddəssir və Müzzəmmil surələri də öz yerində durur...

    İndi soruşula bilər. Özü düşünməsəydi, inkişaf edə bilərdimi? Cavab: İslamın düşünən beyini əxlaq üzərində qurulur.

    Bir halda ki Avropa ideologiyasında hər şey maddiyyat üzərindədir. İSLAM israfı haram bilir.

    Amma qiymət artımını nəzərə alan Avropa hər il milyardlar dəyərində ərzaqı, geyimi və avtomobili məhv edir...

    İslam qadına dəyər verib ona özünü qorumağı əmr edir. Avropa isə qadını soyundurub boks yarışlarından tutmuş saqqız reklamına qədər istismar edir. 

    İslama görə tibb İnsanların sağlamlığına xidmət etməlidir. Bir halda ki Avropada insanla labaratoriya siçanı arasında heç bir fərq yoxdur. 

    Bütün bunlar hər bir vicdanlı sıravi müsəlmanı narahat edir. Amma xristianlığın başına duran Papanı yox... O, nümayişkarcasına məhbus qadınların ayaqlarını yuyub öpür, amma qadın istismarına etiraz etmir...
     
    Belə olan halda bu "dinin" nəyindən nigaran olsunlar?