XƏBƏRLƏR / Qalmaqal

Gürcüstan 16 türk azarkeşini azadlığa buraxıb

Bunu Ərdoğanın tapşırığı ilə Türkiyənin ədliyyə naziri Akın Gürlek Gürcüstan tərəfindən tələb edib

Gürcüstan 16 türk azarkeşini azadlığa buraxıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ankaranın diplomatik və hüquqi tədbirlərindən sonra Gürcüstanda on altı türk azarkeş azadlığa buraxılıb.

    Türkiyənin ədliyyə naziri Akın Gürlek Ərdoğanın tapşırığı ilə hadisəni gürcü həmkarı Paata Salia ilə müzakirə edib, zorakılığı pisləyib və Türkiyə vətəndaşlarının hüquqlarının qorunmasına və məsul şəxslərin məsuliyyətə cəlb olunmasına çağırıb.

    Xatırladaq ki, Batumidəki stadionda baş verən iğtişaşlar zamanı polis 16 Beşiktaş azarkeşini saxlayıb, toqquşmalarda üç polis əməkdaşı yaralanıb.

    Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir: "Daxili İşlər Nazirliyinin üç əməkdaşı azarkeşlərin zorakı hərəkətləri nəticəsində müxtəlif xəsarətlər alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz hərəkətlərə görə 16 nəfəri saxlayıb".