Gürcüstan-Rusiya sərhədində keçid məntəqəsi bağlandı
Bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb
Gürcüstan-Rusiya sərhədindəki "Dariali" keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu gün detektorlar saat 08:36-da Devdoraki çayında suyun səviyyəsinin artdığını qeyd alıblar.
Ərazidə xidmət aparan bütün əməkdaşlar təcili təxliyə ediliblər. Sərhəd polisi helikopteri əraziyə baxış keçirmək üçün qalxıb.
Məlumata görə, Qveleti kəndi yaxınlığında da hər iki istiqamətdə yol bağlanıb.
"Sputnik Qruziya" xəbər verir ki, "Kazbegi" - "Yuxarı Lars" da Devdoraki çayında suyun səviyyəsinin artması ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.
İşçilər və sərnişinlər təhlükəsiz əraziyə köçürülüb.