İzmirdə 105 nəfər qeyri-qanuni miqrant saxlanılıb, 35 nəfər qeyri-qanuni miqrant xilas edilib.
“TRT Haber” xəbər verir ki, İzmirin Səfərihisar rayonu sahillərində rezin qayıqda 45, Dikili və Çeşmə rayonları sahillərində 60 nəfər qeyri-qanuni miqrant saxlanılıb.
Türkiyə ərazi sularına rezin qayıqlarda yönləndirilən 35 nəfər qeyri-qanuni miqrant Dikili sahillərində xilas edilib.
Əməliyyatların ardından qeyri-qanuni miqrantlar regional miqrasiya idarəsinə göndərilib.