XƏBƏRLƏR / Qonşular

Gürcüstanda etirazlar gecə də davam edib

Bu gün saat 19:00-da yenidən mitinq elan edilib

Gürcüstanda etirazlar gecə də davam edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanda "xarici agentlər" qanununa etirazlar davam edir.

    Gürcüstan mətbuatı xəbər verir ki, Rustaveli prospekti gecə açıq olub.

    Parlamentin qarşısında onlarla etirazçı qalıb. Bu gün saat 19:00-da yenidən mitinq elan edilib. Şənbə-bazar və gələn həftə üçün planlar hələ açıqlanmayıb.

    Xarici agentlər haqqında qanun layihəsinin ikinci oxunuşda komitə dinləmələrinə təqdim edildiyi tarixdən asılı olaraq planlara düzəlişlər ediləcək.