Tbilisidə müxalifətin “Gürcüstan Avropa İttifaqını seçir” mitinqi keçirilir.
Müxtəlif tərəfdən bir neçə min insan paytaxtdan keçərək böyük mitinq üçün karvanın birləşəcəyi Azadlıq meydanına doğru gedir. Bundan sonra orada konsert də olacaq.
Vətəndaş cəmiyyəti təşkilatları aksiya keçirmək qərarına gəlib və sonradan onlara müxalifət partiyaları da qoşulub.