XƏBƏRLƏR / Qalmaqal

Gürcüstanda Mitropolit erməni kilsəsini kafir adlandırdı

Bu barədə VİDEOnu Ermənistan mətbuatı yayıb

Gürcüstanda Mitropolit erməni kilsəsini kafir adlandırdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstan Pravoslav Kilsəsinin Urbnisi və Ruisi yeparxiyasının yepiskopu Mitropolit İov (Yelquja Akiaşvili) öz xütbəsində Erməni kilsəsini küfrdə ittiham edib.

    VİDEO

    Mitropolit dindarların qarşısındakı xütbəsində deyib:
    "Çariça və müqəddəslərin himayəsi təkbaşına baş verməsə də, məhz onların rəhbərliyi və böyük köməyi ilə Gürcüstanda xristianlıq yayıldı...

    Təəssüf ki, qonşu ölkəmiz olan ermənilər daim öyünürdülər: onlar xristianlığı ilk qəbul edənlər idilər. Və bu öyünmə və təkəbbür onları küfrə düşməyə vadar etdi...

    ...Və bu gün onlar öyünürlər: biz birinciyik, biz birinciyik, amma onlar kafirdirlər.

    Tanrıya həmd olsun ki, Gürcüstanda yaşayan ermənilərin böyük əksəriyyəti pravoslav xristianlardır...

    ...Yeganə həqiqi din pravoslavlıqdır və Ali Həvarinin (Apostolun - ANS Press)  dediyi kimi: bir Tanrı, bir iman, bir vəftiz. Pravoslavlıq yeganə həqiqi imandır... və Yaradana şükürlər olsun ki, biz pravoslav inancının davamçılarıyıq".