XƏBƏRLƏR / Təbiət

Gürcüstanda torpaq sürüşməsi olub, 3 nəfər itkin düşüb

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb

Gürcüstanda torpaq sürüşməsi olub, 3 nəfər itkin düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Güclü yağışlar Gürcüstanın Quriya və Acarıstan regionlarında torpaq sürüşməsinə səbəb olub.

    Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

    Bildirilib ki, qurumun bölmələri fəlakət bölgəsinə səfərbər ediliblər və hazırda sürüşmə nəticəsində itkin düşdüyü bildirilən üç nəfərin axtarışları davam etdirilir. Məlumata görə, itkin düşənlərdən ikisi azyaşlıdır.

    Qeyd olunub ki, Quriya və Acarada güclü yağışlar həmçinin daşqınlara səbəb olub, DİN-in 112 “qaynar xətt”inə 100-dən çox yardım çağırışı daxil olub.

    Yağış səbəbilə yaşayış evlərinin su altında qaldığı, ağacların qırıldığı, torpaq uçqunu səbəbilə Quriya regionunun bəzi kəndləri ilə əlaqənin kəsildiyi qeyd olunub.