Gürcüstanın müxalifət partiyası etirazları davam etdirəcək
Rusiyalı jurnalist Gia Saralidze belə deyib
Gürcüstanın müxalifət partiyası xarici agentlər haqqında qanun layihəsinin parlamentdən geri götürülməsinə baxmayaraq etirazları davam etdirəcək.
Rusiyalı jurnalist Gia Saralidzenin fikrincə, Gürcüstanda xarici agentlər haqqında qanunun ləğvi indiki hakimiyyətin məğlubiyyətidir.
"Tamamilə qərbyönlü fəalların nəzarətində olan küçə daxili və xarici siyasətin fundamental məsələlərində öz iradəsini diktə etməkdə davam edir", - Saralidze bildirib.
Bu arada Gürcüstan müxalifəti xarici agentlər haqqında qanun layihəsinin geri götürülməsinə baxmayaraq, bu gün xalqı etiraz aksiyasına çağırır. Belə ki, Gürcüstanın müxalif “Yaşıllar” hərəkatı aksiyanı saat 18:00-da başlamağa, Qəhrəmanlar Meydanında hərəkatın qarşısını almağa, daha sonra isə saat 19:00-da Gürcüstan hökumətinin binası qarşısındakı ümumi nümayişə qoşulmağa çağırır.