XƏBƏRLƏR / Münaqişə

HAMAS 4 israilli qadın girovu 200 fələstinli məhbusa dəyişdi

İsrail isə bu gün 200 fələstinli girovu azad edəcək FOTO/VIDEO

HAMAS 4 israilli qadın girovu 200 fələstinli məhbusa dəyişdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • HAMAS 4 israilli qadın girovu – Karina Ariyev, Daniella Gilboa, Naama Levi və Liri Albagı azad edib. VIDEO

    Bu barədə İsrail Müdafiə qüvvələri məlumat yayıb.

    Qeyd edilib ki, Grovlar Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.

    Buna cavab olaraq, İsrail Qəzza ilə atəşkəs razılaşması çərçivəsində bu gün 200 fələstinli məhbusu azad edəcək.

    Bu barədə Fələstin mənbələrindən AFP-ə bildirib.

    Məlumata görə, İsrail dörd israilli qadın girov müqabilində 200 fələstinli məhbusu azad etməyə hazırlaşır.