Havayda meşə yanğınları zamanı ölənlərin sayı 67-yə çatıb
Bu barədə əyalətin qubernatoru CNN-ə bildirib
Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 67-yə çatıb.
Bu barədə əyalətin qubernatoru CNN-ə bildirib.
Qubernator ölənlərin sayının artacağını istisna etməyib.
Qeyd edək ki, bu, Havayda 1960-cı ildən sonra kütləvi insan tələfatı ilə nəticələnən ən böyük fəlakətdir. Həmin ildə sunami 61 nəfərin həyatına son qoymuşdu.