XƏBƏRLƏR / Fəlakət

Honkonqdakı yaşayış kompleksində yanğın tam söndürülüb

Yanğınla əlaqələr yüzlərlə insanın taleyindən xəbər yoxdur

Honkonqdakı yaşayış kompleksində yanğın tam söndürülüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çinin Honkonq xüsusi inzibati ərazisində 128 nəfəin ölümünə səbəb olan yaşayış kompleksindəki yanğın tam söndürülüb.

    Honkonq mediası xəbər verir ki, 2 günə yaxın davam edən yanğınsöndürmə əməliyyatı noyabrı 28-də yerli vaxtla saat 10:18-də (Bakı vaxtı ilə 6:18) başa çatıb. Hazırda yanmış binalarda axtarış işləri aparılır. Honkonqun səlahiyyətli qurumlarının açıqlamasına görə, yanğın nəticəsində 76 nəfər yaralanıb, 270 nəfər itkin hesab olunur.

    Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir