Honq-Konq saat sərgisində VMF-in 2-cü günü VİDEO
Azərbaycanın ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki bu sərgidə Azərbaycanı təmsil edən ilk Azərbaycan şirkətidir
Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki Çinin Honqkonq şəhərində keçirilən ən böyük saat sərgisində (saat sərgisi yalnız İsveçrə və Çində keçirilir) iştirak edir.
Honq-Konqda ən böyük beynəlxalq saat sərgisi - Hong Kong Watch & Clock Fair keçirilir. Sərgidə müasir və ən yaxşı saat kolleksiyaları təqdim olunur. Sərgiyə gələnlərə tanınmış saat şirkətlərinin yenilikləri, saat hissələri və aksesuarları, onların istehsalı və təmiri üçün avadanlıqlar, həmçinin qablaşdırma materialları və ticarət xidmətləri təklif olunur. Orijinal lisenziyalı saatların, moda brendlərinin və dizayner kolleksiyalarının əsas ekspozisiya-qalereyası xüsusi maraq doğurur. Sərginin proqramı bir sıra ixtisaslaşdırılmış konfrans və seminarlarla tamamlanır, onların mövzusu saat sənayesinin inkişafının təhlili, meylləri və perspektivləridir.
Azərbaycanın ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki bu sərgidə Azərbaycanı təmsil edən ilk və yeganə Azərbaycan şirkətidir.
Qeyd edək ki, 2018-ci ildə təməli qoyulan VMF Saat Fabriki bu günə qədər artıq hər il 5 klassik VMF, gənclər üçün Rover və uşaqlar üçün Elli saat kolleksiyalarını istehsal edib. Fəxrlə demək olar ki, artıq 20 minə yaxın insan VMF fabrikinin istehsal etdiyi saatlarla gündəlik həyatlarını tənzimləyir.
Azərbaycanın VMF saat fabrikinin məhsulları bu gün Orta Asiya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələrində təmsil olunub.