BLOQ

İctimai nəqliyyatda bank kartları ilə ödəniş imkanı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinad edirəm

İctimai nəqliyyatda bank kartları ilə ödəniş imkanı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İctimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq.

    “2024-cü ilin yanvar ayından etibarən ictimai nəqliyyatın bir neçə marşrutunda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ilk rübün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur”, - məlumatda bildirilir.

    Qeyd edək ki, bu ilin iyun ayında avtobuslarda nağdsız ödənişlər üçün “BakıKart” mobil tətbiqi istifadəyə verilib. Bu tətbiq istifadəçilərə səfərlərini planlamaq, “BakıKart” plastik kartlarının balansını artırmaq və gediş haqqını ödəmək imkanları yaradır. Həmçinin istifadəçilər tətbiqdə QR biletlər yarada və QR bilet tarixçələrini görə bilərlər.

    Artıq Bakı metropoliteninin bütün stansiyalarında QR biletlə ödəniş mümkündür. Sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər.