III Avropa Oyunları: Kikboksçumuz Fərid Ağamoğlanov finalda
Full kontakt növündə mübarizə aparan təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək qızıl medal uğrunda döyüşdə iştirak hüququ qazanıb
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarının finalına yüksəlib.
Yarışda 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Norveç təmsilçisi Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.
Full kontakt növündə mübarizə aparan təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək qızıl medal uğrunda döyüşdə iştirak hüququ qazanıb.
Kikboksçumuz final görüşünə iyulun 2-də çıxacaq.
Xatırladaq ki, idmançımızın dörddəbir finaldakı qələbəsi azı bürünc medalı təmin etmişdi.