XƏBƏRLƏR / İctimaiyyət

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər ölüb

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb:

    "Hörmətli xanım Prezident,

    Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".