İlham Əliyev və Mehriban Əliyeva qəbulda iştirak edirlər
Qonaqları Çin Xalq Respublikasının Sədri Si Cinpin və həyat yoldaşı qarşılayır FOTO

Avqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Qəbuldan öncə ŞƏT sammitinə gələn liderlər ənənəvi "ailə fotosu" çəkdiriblər.
Bu arada qəbulda təqdim edilən təamların menyusu dərc edilib.