XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Zelenski ilə görüşdü

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

İlham Əliyev Zelenski ilə görüşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.

    Ukrayna Prezidenti Volodimir Zelenski dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik edib, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzulayıb.

    Azərbaycan Prezidenti İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, Volodimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd edib.

    Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub.

    Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

    Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.