İlk Türkoloji Qurultayın 100 illiyi geniş qeyd ediləcək
29 iyun - 3 iyul tarixlərində Azərbaycanda Türk Dünyası Həftəsində 20 ölkədən 80 türkoloq alim iştirak edəcək
İlk Türkoloji Qurultayın 100 illiyi münasibətilə 29 iyun - 3 iyul tarixlərində Azərbaycanda Türk Dünyası Həftəsi keçiriləcək.

Həftə çərçivəsində 20 ölkədən 80 türkoloq alim və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı "Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi" adlı beynəlxalq qurultay keçiriləcək.

Konfranslar, panel müzakirələri, konsertlər, sərgilər və film nümayişləri də təşkil olunacaq.
İştirakçılar həmçinin Ağdam, Şuşa və Xankəndi şəhərlərinə səfər edəcək və orada Qarabağın tarixi və mədəni abidələrini araşdıracaqlar.
1 dəqiqədən az