MÜSAHİBƏ

"İlkin mərhələdə postlardan çıxış daha sərbəst olacaq"

Azərbaycanın keçmiş xarıci işlər naziri Tofiq Zülfüqarov ordumuzun Laçın yoluna tam nəzarət etdiyini şərh edərkən belə deyib

"İlkin mərhələdə postlardan çıxış daha sərbəst olacaq"
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Bu gün səhər Azərbaycanın Müdafiə Nazirliyi xəbər yaydı ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

    Erməni mənbələri bunu "bloka"danın "zirvə"si adlandırıblar. Bu gün səhər tezdən ermənilərin telegram kanalları yazırlar ki, Xankəndi-Gorus yolu bağlanıb. Daha silah-sursat da daşıya blmirlər. Erməni mənşəli şəxslər də artıq seçim etməlidirlər - ya qalıb  tamhüquqlu Azərbaycan vətəndaşı olurlar, ya da gedirlər! 

    Azərbaycanın keçmiş xarıci işlər naziri Tofiq Zülfüqarov ordumuzun Laçın yoluna tam nəzarət etməsi məsələsini ANS Press-ə belə şərh edib.

    - Beynəlxalq təcrübədə bu məsələni uğurlu adlandırmaq olar? 

    - İstənilən dövlətin əsas vəzifələrindən biri sərhədini qorumaqdır. Sərhəd qanunları hər bir ölkədə işləyir və diqqətlə həyata keçirilir. Misal üşün, ABŞ və Meksika arasında olan sərhəd 6 metrlik dəmirdən hasardan ibarətdir. Bildiyniz kimi, Meksikadan ABŞ-a axın var. Qanunları pozan insanlara güc tətbiq olundu və il ərzində 853 nəfər adam sərhədi keçən zaman qaydaları pozduğuna görə öldürüldü.

    - Gəlin, keçək digər təcrübəyə. Dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlar keçirilir. Onların, mandata uyğun olaraq, hansısa vəzifələri var. Sərhəd qorumaq funksiyası var?

    - Heç yanda belə bir vəzifə qoxdur. Əslinə qalsa, nə baş verir? Sülhməramlıar mandata uyğun olaraq təhlükəsizliyi təmin edəcəklər. Yəni gediş-gəlişi. Azərbaycanın dövlət qurumları – sərhədçilər, gömrükçülər, sanitar xidməti və sair, onlar orada Azərbaycan qanunları çərçivəsində öz xidməti vəzifələrini yerinə yetirəcəklər. Yəni ermənilərin uydurulmuş blokada məsələsi olmayacaq. Sadəcə, orada nəzarət olacaq və kim ki, bizim qanunları pozmayacaq, sərbəst gedib gələcək.

    Bu müddət ərzində ermənilər o fikrə öyrəşiblər ki, onların istədikləri kimi, Azərbaycanın bir hissəsinin qopardılıb Ermənistana birləşdirilməsi ideyası mümkün deyil. Azərbaycan Prezidenti demişkən, ya qalırlar burada, vətəndaş olurlar, kim də razı deyisə, qapı açıqdır, çıxıb gedə bilər.

    - İlkin mərhələdə nə olacaq?

    - Mən istisna etmirəm k, ilkin mərhələdə postlardan çıxış mərhələsi daha sərbəst olacaq. Kim istəmirsə, çıxıb gedəcək. Şərt deyil ki, bizə qarşı vuruşsun, biz də onu öldürək. O qədər azərbaycanlı var ki, başqa dövlətdə yaşayır.

    - Təşəkkür edirəm, şərhə görə.

    - Həmişə buyurun!