MÜSAHİBƏ

Qranadaya getməmək nə dərəcədə düzgün addımdır?

Azərbaycanlı politoloqları rəsmi Bakının Qranada görüşündən imtinası haqda

Qranadaya getməmək nə dərəcədə düzgün addımdır?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Xəbər verdiyimiz kimi, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Bakının bu addımına politoloqların fikirini öyrəndik.

    Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Azərbaycanın Qranada görüşündə iştirakı mənasızdır: “O görüşdən nəsə almağımızı gözləmirəm.”Çünki həmin tədbirin təşəbbüskarl Fransadır. Əgər həmin görüşü Avropa İttifaqının Prezidenti Şarl Mişel təşkil etsə idi, onda rəsmi Bakı iştirak edərdi. Fransanın mövqeyi bəllidir. Azərbaycan Fransa, yaxud Almaniyanın vasitəçiliyini qəbul etmir. Biz bu ölkələrlə sərhəd məsələsini necə müzakirə edəcəkdik?"

    Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov

    Azərbaycanlı politoloq Fərhad Məmmədova görə, rəsmi Bakının bu görüşdən imtina etməsi çox düzgün addımdır: "Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israrlı idi. Lakin Fransa və Almaniya buna imkan vermədi. Ermənistan və Avropa İttifaqının Prezidenti Şarl Mişel Türkiyənin bu görüşdə iştirakına qarşı olmayıb. Ötən həftə Türkiyə və Ermənistanln xarici işlər nazirləri telefonla bu haqda danışmışdılar. 

    Həmin görüşdə Fransa və Almaniya Azərbaycana təzyiq edəcək və ərazi iddiaları ilə çıxış edəcəkdi. Son hadisələr - Fransanın Ermənistana silah-sursat veriləcəyi haqda açıqlamalar və s. göstərdi ki, bu ölkə ilə danışmaq olmaz!".

    politoloq Fərhad Məmmədov

    Hərbi-siyasi şərhçi Rizvan Hüseynovun mövqeyi də qismən də olsa, həmkarlarınkı ilə üst-üstə düşür:

    "Azərbaycanın Qranada danışıqlarından imtina etməsi əla addımdır. Türkiyə Prezideti xəstələndi, biz də getmədik. Fransa kimi düşmən ölkə ilə bir yerdə niyə olmalıyıq?".

    tarixçi, hərbi-siyasi şərhçi Rizvan Hüseynov