İlon Mask: "ABŞ bir müddətdir prezidentsiz qalıb"
Texnologiya milyarderi Co Baydeni günahkar bilib
İlon Mask bir "X" istifadəçisinin Amerikanın "New York Times" (NYT) qəzetində dərc olunan “Amerikaya prezident lazımdırmı?” başlıqlı köşə yazısını paylaşımı ilə cavab verib.
"X" şirkətinin Baş direktoru öz postunda deyib: "Bu, əsl sualdır... Çünki bir müddətdir bizim prezidentimizin olmadığı aydındır. Yaşlanmış prezidentin Ağ Evdə işləməsi son dərəcə təhlükəlidir”.
Amerika mediası, o cümlədən CNN yazıb ki, Demokratlar Partiyasının yüksək vəzifəli şəxsləri Baydenin yarışdan geri çəkilməsini istəyirlər.
Bir çox insanın Baydenin yerinə ABŞ vitse-prezidenti Kamala Harrisin namizəd olmasını müdafiə etdiyi də bildirilib.