
İmişlidə 29 yaşlı gənc göldə boğulub.
İmişli şəhər sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.