XƏBƏRLƏR / Münaqişə

“İndi İranla razılığa gəlmək daha asan olacaq”

Bunu CBS News-a verdiyi müsahibədə Tramp deyib

“İndi İranla razılığa gəlmək daha asan olacaq”
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ prezidenti Donald Tramp CBS News-a verdiyi müsahibədə bildirib ki, zərbələrdən sonra Vaşinqtonun İranla razılığa gəlməsi daha asan olacaq.

    "Əlbəttə ki, bu, əvvəlki gündən daha asan olacaq", - deyə o, İranın "çox ağır zərbə aldığını" izah edib. Lakin Tramp ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını müharibə adlandırmaqdan imtina edib.

    "İran bu gün çox sərt hücuma keçəcəyini, əvvəllər heç vaxt olmadığı qədər sərt bir hücuma keçəcəyini açıqladı.

    Onlar bunu etməməlidirlər, çünki əgər etsələr, biz onları görünməmiş bir güclə vuracağıq"- ABŞ prezidenti xəbərdarlıq edib.