İrəvanda güclü partlayış baş verib, dağıntılar və çökmə var
Məlumatı Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan verib FOTO/VIDEO YENİLƏNİR
13:10
Fotomüxbir Şamşyanın sözlərinə görə, hadisə yerinə toplaşan bir neçə vətəndaş partlayışın psixi pozğunluğu olan ev sakini tərəfindən törədildiyini bildirib.
***
12:50
Dağıntılar altından İki nəfərin səsi gəlib: onların çıxarılması üzrə iş aparılır, - Daxili İşlər Nazirliyinin rəis müavini, Xilasetmə Xidmətinin direktoru Kamo Tsutsulyan partlayış yerində jurnalistlərə bildirib.
***
İrəvanın Erebuni rayonunda çökmə ilə müşayiət olunan partlayış baş verib - dağıntılar altında insanlar ola bilər, Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan "Sputnik Armenia"ya bildirib.
İlkin məlumata görə, Nor-Areş 34 ünvanında yerləşən iki ev dağılıb.Sosial şəbəkələrdə istifadəçilər partlayışın çörək sexində baş verə biləcəyini yazırlar.
Bu ərazidə şəxsi evlər yerləşir. Xidməti itlər dağıntılar altından insanları xilas etmək üçün çalışır.