İran-Azərbaycan sərhədində xəbərdarlıq atəşi açıldı FOTO
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb
May ayının 11-də saat 21:45-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq relyefin mürəkkəbliyindən istifadə edən sərhəd pozucusu geriyə, İran ərazisinə qaçıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.