İran Azərbaycana nə vaxt səfir göndərəcək?
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat yayıb

İranın Azərbaycana səfirinin seçilməsi prosesi son mərhələdədir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat yayıb.
“Azərbaycan Respublikası ilə münasibətlərin normallaşması prosesini nəzərə alaraq, lazımi addımlar atılıb və səfirin seçilməsi prosesi son mərhələdədir”, - İran XİN rəsmisi qeyd edib.