XƏBƏRLƏR / Münaqişə

İran Ər-Riyada raket və PUA zərbələri endirdi

4 ballistik raketin HHM sistemləri tərəfindən tutularaq məhv edildiyi bildirilib

İran Ər-Riyada raket və PUA zərbələri endirdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada zərbələr endirdi. 

    Səudiyyə Ərəbistanının Ər-Riyada raket hücumu elan etməsindən qısa müddət sonra şəhərdə partlayışlar baş verdi, alov izləri və qara tüstü səmaya qalxdı.

    İran "bölgədəki ABŞ-la əlaqəli neft obyektlərindən uzaq durun" deyə xəbərdarlıq etdi.
    AA müxbiri ilə danışan şahidlər partlayışların Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada edilən hücumlardan sonra baş verdiyini bildirdilər.

    Səmaya qalxan alov buludları və qara tüstü göstərən görüntülər sosial mediada paylaşıldı.

    Hücumla bağlı ilk rəsmi açıqlama Səudiyyə Ərəbistanının Mülki Müdafiə Bölməsi tərəfindən verildi.

    "X" sosial media hesabında dərc edilən yazılı açıqlamada Mülki Müdafiə Bölməsi ballistik raketin Ər-Riyadda bir yaşayış yerinə dəydiyini, dörd Asiya vətəndaşının yaralandığını və maddi ziyana səbəb olduğunu bildirdi.

    Bəyanatda mülki əraziləri hədəf almaq cəhdlərinin beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğu vurğulandı və bu cür hallarda təsdiq edilmiş prosedurlara əməl edildiyi qeyd edildi.


    Müdafiə Nazirliyinin açıqlamasında Ər-Riyada yönəlmiş 4 ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən tutularaq məhv edildiyi bildirilib.

    Qeyd edilib ki, tutulma əməliyyatı nəticəsində raketlər paytaxtın müxtəlif yerlərində qırıntılar halında düşüb.