İran Prezidenti hücumun araşdırılması barədə tapşırıq verdi
İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı da verib
İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı məsələnin araşdırılması barədə tapşırıq verib. Bu barədə məlumatı İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb.
Onun sözlərinə görə, Rəisi xəbəri eşitdikdən dərhal sonra hərtərəfli araşdırma aparılması barədə göstərişlər verib.
Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.
Xatırladaq ki, bu gün səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş silahlı hücüm nəticəsində Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, iki əməkdaş yaralanıb.