İran və Oman Hörmüzdan keçən gəmilərdən pul alacaqlar
Bu barədə AP News xəbər verir
İran və Oman Hörmüz boğazından keçən gəmilər üçün rüsum alacaqlar - APNews
İran və Omana ABŞ-ın vasitəçiliyi ilə əldə edilən iki həftəlik atəşkəs çərçivəsində Hörmüz boğazından keçən gəmilər üçün rüsum almaq hüququ verilib.
Regional mənbəyə görə, İran tərəfindən toplanan vəsait ölkənin infrastrukturunun yenidən qurulmasına sərf olunacaq. Omanın gəlirdən istifadə planları hələ də qeyri-müəyyən olaraq qalır.
***

Bu arada, İranın dövlət televiziyasının sədr müavini Həsən Abedini belə bir hesablamalar aparıb.
“Nəzərə alsaq ki, keçən il boğazdan 32 min gəmi keçib və hər birindən 2 milyon dollar vergi tutulsa, onda İran təxminən 64 milyard dollar qazana bilər”, - deyə o, dövlət televiziyasında bildirib."
***

"Təxminən 15 ölkə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün bir missiya hazırlayır və bunun İranla əlaqələndirilməsi planlaşdırılır", - Fransa Prezidenti Makron bunu Fransa Milli Müdafiə Şurasının iclasında açıqlayıb.
O, həmçinin "İranın Hörmüz boğazını açmağa hazırlığını" və Vaşinqtonla Tehran arasında əldə edilən atəşkəs razılaşmasını alqışladı.
1 dəqiqə