BLOQ

İranda daxili çarpışma qızışır

1925-2025: Pəhləvi rejiminin 100 illik yubileyi yaxınlaşır

İranda daxili çarpışma qızışır
  • Oxuma müddəti:

    5 dəqiqə

  • ABŞ-İran nümayəndə heyətləri Omanda növbəti gizli danışıqlar aparıblar. Mövzunu İranın BMT-dakı rəsmi nümayəndəsi Əmir Səid İrəvanı neyçünsə tələm-tələsik təsdiqləyib. Adətən indiyədək belə mövzuları Tehran gizləyərdi. Xalça altına süpürərdi. İndi nədənsə etiraf edib.

    İran tərəfindən masada Əli Baqeri Kani əyləşibmiş. O atom dosyesi, ABŞ-la siyasi dialoq üzrə ixtisaslaşıb.  Diqqət edin. Rəhbərin qızı Xoda, deyilənə görə, Əli Baqerinin doğma qardaşı ilə evlidir. Nüans diqqətəlayiqdir. Deyəsən Xamneyi məhz bu xətlə həmin dialoqu nəzarətə götürmək istəyir. Digərlərinə etibar etmir bu vacib diplomatik səyləri, gizlinləri.

    Oman danışıqlarından dərhal sonra - düz bir gün sonra səmada qəza törədi. Rəsmi XİN rəhbəri Əmir Abdullahian havaya sovruldu. Əli Baqeri Kani müvəqqəti olaraq tələsik bu vəzifəyə təyin olundu. Sual yaranır - “İran, daxili qarşıdurmalar, səbatsızlıq dövrünəmi daxil olur əcaba?”.

    Hamı görür - prezident Rəisi helekopter qəzasında həyatını itirdikdən sonra İran daxilində, ətrafında sabitlik ölçüsü pozulub. Ölkə, sürətlə öz ən yeni tarixinin böhran dövrünə qədəm basır. Və bu böhran kəsiyində 2025-ci il xüsusi əhəmiyyəti ilə yadda qalacaq.
    İranda tarixi salnaməsində, xronologiyayasında bəzi rəqəmlər təkrarlanmağı çox sevir. Belə rəqəmlərdən biri təqvimdəki 1925-ci ildir.

    Məhz bu tarixdə farslar minillik uzun fasilədən sonra İranda yenidən hakimiyyəti qəsb etməyi bacardılar. Qacar sülaləsini tarixdən sildilər. Öz Pəhləvi xanədanlarını “şəhri Reydə” - indiki Tehranda hakimiyyət kürsüsündə əyləşdirdilər.

    İranda həmişə dini təməlçilik olub. 1925-ci ildə hakimiyyətə yiyələnmiş Pəhləvilər də dini təməlçilər idilər. Ancaq Zərdüşt təməlçiləri idilər. İdeologiyaları Bombeydəki zərdüşt, pars icması tərəfindən idarə olunurdu. Projenin adı “Ariana” idi.
    İrandakı şiə təməlçiliyinə qarşı ən ciddi proje budur. O indi də İranın liberal, yəni Cavad Zərifin ideoloji cəbbəxanasındadır.
    Yox... Bu ideologiyanı bölüşən, özünü “Aryamehr” - yəni aryalıların günəşi adlandıran indiki Əlirza Pəhləvi yaşadığı Romadan Tehrana gəllməyəcək. Ancaq “Ariana” ideologiyası İran liberallarının Cavad Zərif simasında siyasi meydanlarda öz köhlən atını şahə qaldıra bilər. Qaldıracaq da.

    Bu proje tərkibində İran avropalılara özünü “Hind-Avropa dil ailəsi” üzvü kimi çoxdan sevdirib. Avropa akademik elmi bu liberal, zərdüşt miraslı İranı elə özünkü bilər.

    Bu “Ariana” layihəsinin 100 illik yubileyi - 1925-ci il yaxınlaşdıqca ölkdaxili ziddiyyəttlər, görəcəksniiz, çox artacaq.

    “İslam təməlçiliyi? Yoxsa zərdüşt mirası?” seçimi ölkə gündəmini bürüyəcək. Düzdür, üzdə heç kim “Ariana” projesini hallandırmayacaq. İran liberallarının əsl siması - yəni zərdüşt təməlçiliyi, Ariana ideologiyası öz adı ilə siyasətə sıçramayacaq. Cavad Zərifin məlum tviti kimi sıçrayacaq dünya basınına.

    2015-ci il nüvə anlaşmasının müəllifi Cavad Zərif beləliklə yenidən zühur etdi. Şeyx Nəsrullah kimi hərəkət edib bu dəfə öz köhnə atom projesini diriltmək istəyəcək. Məlum tvitində işarələnmiş mövzular aşağıdakılardır - İrana qarşı sanksiyalar. Ölkə aviaparkının köhnəliyi. ABŞ-ın məsuliyyəti.

    İranın iki atom dosyesi var - biri açıqdır. BMT-nin nəzrətindədir. Digəri “Aməd”, yaxud “111” şifrəisi ilə işarələnir. Kuratorları "Sepah"dır, bir də Şimali Koreya mütəxəssisləri. Bax, bu ikinci “Aməd” projesini Cavad Zərif ləğv etmək istəyəcək. ABŞ-ın də tələbi, şərti budur.

    Aryanaçılar, yəni İran liberalları buna hazırdırlar.

    Danışıqlar başlayıb.

    Nazir havadaca dəyişdirilib.
    “Ariana” layihəsinin 100 illik yubileyi - 2025-ci il yaxınlaşdıqca ölkdaxili ziddiyyətlər, görəcəksiniz, çox artacaq.

    “İslam təməlçiliyi? Yoxsa zərdüşt mirası?”, liberallar, yoxsa konservatorlar, Cavad Zərif, yoxsamı cənab “X” seçimi ölkə gündəmini bürüyəcək.

    Azərbaycan mövzunun nəbzini  barmaqlarının ucundan bir zərrə belə kənara qaçırmamalıdır məncə.