İRNA-nın məlumatına görə, İranın Ali dini rəhbəri Ayətullah Xamenei bu gün səhər Tehran Universitetində HƏMAS-ın siyasi ofisinin rəhbəri şəhid İsmayıl Haniyənin cənazəsi üzərində dualar edib.
O, dua etdikdən sonra HƏMAS nümayəndələri ilə söhbət edib və Haniyənin övladlarını qucaqlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələri avqustun 10-u çərşənbə günü səhər saatlarında verdiyi açıqlamada bildirib: "HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyə və onun mühafizəçilərindən biri Tehranda iqamətgahı vurularkən həlak olublar".