XƏBƏRLƏR / Din

İranda Ramazan ayı martın 2-si başlayacaq

Xameneyinin ofisi bəyan edib

İranda Ramazan ayı martın 2-si başlayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İslam dünyasının ən mühüm aylarından biri olan Ramazan ayı başlayır.

    Qafqaz Müsəlmanları (QMİ) İdarəsi Qazılar Şurasının fətvasına əsasən, Azərbaycanda Ramazan ayının ilk günü sabah - 1 martdır.

    Qeyd edək ki, Azərbaycandakı bəzi dindarlar orucluğa QMİ-nin deyil, İran din xadimlərinin fətvasına uyğun başlayırlar.

    İranın ali rəhbəri administrasiyasının üzvü Höccətül-İslam Əli Rza Mövəhednejad Ramazan ayı ilə bağlı açıqlama verib.

    Hüccətül-İslam Mövəhednejad deyib ki, "təzə ayın çıxdığını müşahidə etmək üçün cümə günü axşam saatlarında ölkənin müxtəlif bölgələrinə 100-ə yaxın qrup göndəriləcək".

    "Mütəxəssislər cümə gecəsi Ramazan ayının hilalının görünmə ehtimalını zəif kimi qiymətləndirirlər. Hesablamalara görə, martın 2-si bazar günü Ramazan ayının ilk günü olacaq", - Höccətül-İslam Mövəhednejad bildirib.