XƏBƏRLƏR / Hadisə

İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb

Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində bildirib

İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 19 nəfər yaralanıb.

    Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində bildirib.

    Hadisə Dəşt-Abbas–Mormuri avtomobil yolunda baş verib.

    İlkin məlumata əsasən, qəza nəticəsində yaralanan 19 nəfər xəstəxanaya yerləşdirilib.

    İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti daha əvvəl IRIB-ə açıqlamasında hadisə nəticəsində azı 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirmişdi. Sonradan ölən və yaralananların sayı ilə bağlı məlumat yenilənib.

    İran Səhiyyə Nazirliyinin rəsmisi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sürücülərin məsuliyyətli davranmasının vacibliyini vurğulayıb.

    Qəzanın dəqiq səbəbi barədə hələlik məlumat verilməyib.