İranda təhlükəsizlik qüvvələri 9 yaşlı uşağı qətlə yetirib
Bəluclar yaşadığı Hörmüzqan əyalətində 9 yaşlı bəluc uşağının qətli iğtişaşlara səbəb olub
İranın Hörmüzqan əyalətində 9 yaşlı uşağın öldürülməsi təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya səbəb oldu.
İranın Hörmüzqan əyalətinin Sirik rayonunda İran təhlükəsizlik qüvvələrinin dəniz qüvvələri bir avtomobilin təqibi zamanı atəş açıb. Atışma nəticəsində yolun kənarında dayanan 9 yaşlı bəluc uşağı həlak olub. Uşaq hadisə yerində ölüb.
Bəluc Telegram kanalının Haalvsh-ə verdiyi məlumata görə, uşağın ölümündən sonra yerli sakinlər təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya giriblər. Qarşıdurma zamanı təqibdə iştirak edən bölmələrə məxsus ən azı iki xidməti avtomobil yandırılıb. Bir təhlükəsizlik işçisinin ağır yaralandığı bildirilir.
1 dəqiqədən az