XƏBƏRLƏR / Qonşular

İranın Azərbaycandakı səfirini SEPAH istefaya göndərdi?

İranın XİN sözçüsü Nasir Kənani Seyid Abbas Musəvinin səlahiyyət müddəti başa çatdığını deyib.

İranın Azərbaycandakı səfirini SEPAH istefaya göndərdi?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xatırladaq ki, bir müddət əvvəl İslam İnqilabını Keşikçılər Korpusu (SEPAH) İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini sərt tənqid etmişdi.

    “Cənab səfir, istefa ver!”: SEPAH səfirin Bakıdakı müsahibəsindən qəzəblənib.

    SEPAH-a bağlı "Tasnim" xəbər agentliyi azərbaycanlı jurnalistin İran səfirliyinə uyğun olmayan geyimdə gələrək İran rəsmisinə hörmətsizlik göstərdiyini vurğulayıb.

    Media vurğulayır ki, səfirin bir sıra suallara cavabları İranın maraqlarını qorumayıb və zəif mövqedən çıxış edib və buna əsaslanaraq media səfiri istefaya çağırıb.

    İranın XİN sözçüsü Nasir Kənani bu gün elan edib ki, "İran Bakıya yeni səfir təyin etməyə hazırdır. Çünki fəaliyyətdə olan səfir Seyid Abbas Musəvinin səlahiyyət müddəti artıq başa çatıb"

    .