BLOQ

İranın Ermənistandakı səfirinə cavab FOTO

Ümummilli Lider Heydər Əliyevin dəfn mərasimində İranı vitse-prezidentin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi...

İranın Ermənistandakı səfirinə cavab FOTO
Xəlil Şirqulami
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın Ermənistandakı səfiri Azərbaycan və Türkiyə liderlərinin İranın keçmiş təhbərinin (Əli Xamenei - ANS Press) dəfn mərasimində iştirak etməməsindən məyus olub...

    "Bir İran vətəndaşı olaraq deyə bilərəm ki, biz bu tədbirdə Əliyev və Ərdoğanın (Azərbaycan və Türkiyə prezidentləri - müəllif) şəxsən iştirakını gözləyirdik. Türkiyə və Azərbaycan öz nümayəndə heyətlərini göndərdilər, amma bu fakt yenə də tarixi yaddaşda qalacaq", - deyə diplomat qeyd edərək bunun bu ölkələr üçün daxili siyasi qərar olduğunu təkrarladı.

    Beləliklə...

    2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin dəfn mərasimində İranı vitse-prezidentin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi. Bu, baş nazirin müavini kimidir...

    Beləliklə, cənab Şirqulami, Azərbaycanın keçmiş İran liderinin dəfn mərasimində iştirak səviyyəsi bizim tarixi yaddaşımızın nəticəsidir.

    Həmçinin, təkcə bizim deyil, tarixi yaddaşımızda İranın keçmiş rəhbərinin və onun atasının dəfn mərasimində hazırkı İran rəhbərinin (Müctəba Xamenei - ANS Press) olmaması olacaq.

    İranın Ermənistandakı səfiri Azərbaycan və Türkiyə prezidentlərindən bəhs etməzdən əvvəl iki dəfə düşünməlidir.