XƏBƏRLƏR / Münaqişə

İranın hədəsindən sonra İrəvanda ABŞ Üniversiteti bağlandı

SEPAH qonşu ölkələrdə Amerika ali məktəblərinə zərbə endirmək planlarını açıqlamışdı

İranın hədəsindən sonra İrəvanda ABŞ Üniversiteti bağlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Amerika Universitetinin rəhbərliyi təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən bugünkü dərsləri ləğv etdi, lakin panikaya düşməyə heç bir səbəb görmür.

    Universitetin bəyanatında qeyd olunur ki, onlayn rejimə keçmək qərarı Qərbi Asiya və Yaxın Şərqdəki Amerika universitetlərinə qarşı İranın təhdidləri barədə məlumatlar fonunda verilib.

    Bununla belə, qeyd olunur ki, "universitet heç bir birbaşa təhdid almayıb və təhlükədə olduğuna inanmaq üçün heç bir səbəb yoxdur, ona görə də panikaya düşməyə heç bir səbəb yoxdur".