İranın İrəvandakı səfiri: “Rusiya bizim müttəfiqimiz deyil"
Bunu Mehdi Sobhani “The New York Times” qəzetinə müsahibəsində deyib
İranın Ermənistandakı səfiri: “Rusiya bizim müttəfiqimiz deyil”.
Rusiya və İranın Cənubi Qafqazda maraqları fərqlidir, İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.
Amerikanın “The New York Times” nəşri İran və Rusiya arasında Cənubi Qafqazda maraqların toqquşması ilə bağlı məqaləsində İran səfirinin müsahibəsindən sitat gətirir.
“Biz müttəfiq deyilik. Bizim bəzi fikir ayrılıqlarımız və ümumi maraqlarımız var. Lakin bu, bizim müttəfiq olduğumuz demək deyil”, - deyə Sobhani bildirib.