XƏBƏRLƏR / Hadisə

İranın neftayırma zavodunda güclü yanğın baş verib

Hadisə yerinə 5 yanğınsöndürən avtomobili və xilasedicilər gəlib

İranın neftayırma zavodunda güclü yanğın baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Xorasan vilayətində yerləşən neftayırma zavodunda yanğın baş verib.

    İran mətbuatı xəbər verir ki, yanacaq saxlamaq üçün ayrılmış anbarda baş verən yanğın tez bir zamanda ətrafa yayılıb. Hadisə yerinə 5 yanğınsöndürən avtomobili və xilasedicilər gəlib.

    Ölən və yaralananlar barəsində hələlik məlumat yoxdur.

    Xüsusi xidmət orqanları araşdırma aparmağa başlayıb.