XƏBƏRLƏR / Diplomatiya

İranın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb

İranın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi sabah Türkiyəyə səfər edəcək.

    Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində Türkiyə ilə İranın XİN başçıları Hakan Fidan və Abbas Əraqçi arasında keçiriləcək görüşdə bölgədəki mövcud vəziyyət, iki ölkə arasında münasibətlərin regional təhlükəsizlik, sabitlik və rifah baxımından həlledici əhəmiyyəti, sərhəd ticarət mərkəzləri də daxil olmaqla, ticarət, enerji, nəqliyyat və bağlantılılıq sahələrində əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirəsi gözlənilir.