İrəvanda TRIPP layihəsinin hazırkı vəziyyəti təqdim edilib
Bu barədə Baş nazirin müavini Mher Qriqoryanın ofisi məlumat verib
Ermənistanda TRIPP layihəsinin hazırkı vəziyyəti təqdim edilib.
TRIPP layihəsinin bu mərhələsində Amerika tərəfi ilə, o cümlədən dəmir yolu komponenti ilə bağlı birgə tədqiqatlar, hesablamalar və sorğular aparılır.
Bu barədə Baş nazirin müavini Mher Qriqoryanın ofisi Ermənistan mediasının sorğusuna cavab olaraq məlumat verib.
Həmçinin qeyd edilib ki, dəmir yolu infrastrukturunun dəqiq marşrut parametrləri, layihənin dəyəri və texniki xüsusiyyətləri yuxarıda qeyd olunan tədqiqat başa çatdıqdan sonra məlum olacaq.
1 dəqiqədən az