BLOQ

İslam və mürtədlik

Ayılmaq vaxtıdır...

İslam və mürtədlik
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Çalışın bu məqaləni uzun illər Quran oxuyan, İslamda müxtəlif məzhəblərin olduğunu və eyni zamanda hər məzhəbin özünə görə etibarlı bildiyi hədis kitablarının olduğunu bilən bir qeyri-müsəlman kimi oxuyasınısınız.

    Sizin oxuduğunuz Quranın "Ayətəl kursi" (Bəqərə 256) adlanan ayəsində "Dində məcburiyyət yoxdur" kimi ayə yer alır. Amma sonra tarixi mütaliə etməyə başlayırsınız və görürsünüz ki, "mürtəd" adlanan şəxslər amansızcasına edam olunurar. Onların edam olmasına dair fətvanı xilafətə yaxın din alimləri verir. Edam olunanlar sıravi vətəndaş olur, Nəsimi kimi şair, Razi kimi alim və s.

    Ali İmran 72-ci ayəsini oxuyursunuz.

    "Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: “Möminlərə nazil edilənə (Qurana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə (möminlər öz dinlərindən) üz döndərsinlər".

    Surənin Mədinədə nazil olduğu məlumdur. Yenə tarix oxuyursunuz. Və baxıb görürsünüz ki, ayə nazil olduqdan sonra, ümumiyyətlə Həzrət Muhəmməd ömrünün son gününə qədər bir nəfər mürtədin edamına dair höküm vermir. Sonra deyirsiniz ki, ümumiyyətlə bir baxım görüm Quran müxaliflərə qarşı hansı mövqedədir?

    Lap əvvəldə, Adəmin hekayəsində İblisin Allaha qarşı çıxdığını, amma eyni zamanda Allahın qiyamətə qədər ona möhlət verdiyini görürsünüz. Həm də bu hadisə üç müxtəlif yerdədir - Əraf. 15, Hicr.37 , Sad. 30.
    Ürəyiniz rahat olmur, deyirsiniz bu dəfə Allahın həzrət Muhəmmədə təbliğat və hökm vermə barədə nazil etdiyi ayələri bir də nəzərdən keçirim.

    Və qarşınıza bu ayələr çıxır.

    " O, öz istəyinə görə danışmır. O (Quran), yalnız ona göndərilən bir vəhydir" (Nəcm.3.4).
    " Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan" (Maidə.67)
    "(Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qurana) tabe ol" (Ənam.106).
    Və nəhayət mürtədlər barədə nazil olan ayələrə nəzər salırsınız:
    "Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!" (Bəqərə.217).
    Buna bənzər digər iki ayədə də dindən çıxmış şəxs üçün dünya həyatında edam və cəza tədbirinə dair hökm verilmir.

    Və son olaraq belə bir qərara gəlirsiniz ki, Peyğəmbərdən sonra İslam dünyasında meydana gələn və bu gün də fəxarərlə özünü məzhəbdə təqdim edənlərin İslam və Quranla heç bir əlaqəsi olmayıb və yoxdur. Çünki olsaydı, 15 əsr boyunca dindən çıxmış milyonlarla insanı edam etməz, ən azından, bu gün bu yazıya bənzər yazıb həmməzhəblərimə xəbərdarlıq edib deyərdilər ki, əqidə və əməllərimiz Qurana ziddir, ayılmaq vaxtıdır... Amma nəinki demir, bu yazının müəllifini dinsizlikdə ittiham edirlər...