İsrailin Türkiyəyə qarşı siyasi qisası
Müasir Türkiyə yəhudi dövlətini, məsələn, İsa peyğəmbərin çarmıxa çəkilməsində ittiham edə bilər
Tarixdə ilk dəfə İsrailin xarici işlər nazirinin təşəbbüsü ilə (İsrail hökumətinin təqdimatı əsasında) İsrail parlamenti (Knesset) Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın tanınması barədə qanun layihəsinin qəbul edilməsini müzakirə edəcək. Nazir Gideon Saar qanun layihəsini Knessetə təqdim edib.
Olduqca qəribə mənzərə yaranır. Ermənistanın demokratik hökuməti Türkiyə ilə normallaşma diplomatiyası çərçivəsində əski təbliğat narrativindən imtina etdiyi dövrdə, Cənubi Qafqazda sülhün təminatı və regional təhlükəsizlik sisteminin təşəkkülü İrəvanın və Ankaranın siyasi gündəmini zəbt etdiyi vaxtda, tarixin ağ səhifələrinin bərpası kimə və nəyə xidmət edir?!
Bəlkə İsrail bir az da dərinə gedərək Osmanlının XVI əsrdəki hərbi yürüşləri zamanı həlak olan mülki insanların tarixçəsini də müzakirə edib gündəm etsin?!
Həm də İsrail mediası bu siyasi qərarın Türkiyəyə qarşı siyasi qisas olduğunu gizlətmir və açıq dilə gətirir.
Mövcud siyasi problemlərin müzakirəsi zamanı tarixin arxivinə müraciət edib, unudulmuş tarixi hadisələri aktuallaşdırmaq çox pis siyasi və diplomatik nümunədir. Və Netanyahu hökumətinin bu üsullardan yararlanması təəssüf hissi doğurur!..
Qondarma “erməni soyqırımı” "balaqan"ının tanınmasına cavab olaraq, müasir Türkiyə yəhudi dövlətini, məsələn, İsa peyğəmbərin çarmıxa çəkilməsində ittiham edə bilər. Müasir Türkiyə Osmanlıya görə nə qədər cavabdehdirsə, Knesset də Sinedrionun törətdiyi cinayətlərə o qədər cavabdehdir.
Əhdi-Cədidə əsasən, məhz yəhudi Sinedrionu İsanın edamına qərar verib. Absurda absurdla cavab vermək lazımdır, niyə də yox?

Məsələn, ötən əsrin əvvəllərində yunanlar İstanbula iddia etdikdən sonra, Atatürkün nəşrlərində türklər də yenidən Afinanın - qədim türk şəhərinin Türkiyənin tərkibinə qaytarılmasını tələb etdilər…
2 dəqiqə